Məşhur müğənni Robbi Uilyams bildirib ki, o, uşaqlarına smartfonlardan istifadə etməyə icazə vermir.
Bakupost.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb.
Onun sözlərinə görə, dörd övladının heç birinin mobil telefonu yoxdur.
O, interneti asılılıq kimi gördüyü üçün uşaqlarını ondan qorumaq istədiyini bildirib:
“Mənim 51 yaşım var. İnternetin dağıdıcı gücü ilə mübarizə apara bilmirəm. O, mənə ağrı verir, günümü korlayır. Axı bu "narkotik"i 12 yaşlı, bu narkotiki 7 yaşlı uşağa necə verim?” – deyə o bildirib.
Uilyamsın dörd övladı var: böyük qızının 12, digər oğlu və qızının 10 və 7, kiçik oğlunun isə 5 yaşı var.
Uşaqları soruşanda ki, niyə sinif yoldaşları telefonlardan istifadə edə bilir, amma onlar yox, cavabı qısa olub: “Bəxtiniz gətirməyib.”
Ayxan,
BakuPost