BBC-nin məlumatına görə, təxminən 3 min Böyük Britaniya vətəndaşı Amerika şirkəti "Johnson & Johnson"a (J&J) qarşı kollektiv iddia qaldırıb.
Bakupost.az xəbər verir ki, iddialara görə, "J&J" bunun xərçəng riskini artırdığını bildiyi halda sbest tərkibli uşaq kirşanı istehsal edib və satıb.
İddiaçıları təmsil edən vəkillər bildirir ki, "J&J" 1960-cı illərdən etibarən istehsal etdiyi gigiyenik uşaq kirşanında asbest olduğunu biliblıərmiş.
Lakin şirkət məhsul üzərində heç bir xəbərdarlıq yerləşdirməyib və 2022-ci ilə qədər Böyük Britaniyada satışa davam edib.
İddiaçılar əlavə edirlər ki, onların yaxınlarına bu kirşandan istifadə nəticəsində xərçəng diaqnozu qoyulub və bu xəstəlik ölümə səbəb olub.
Əksər hallarda yumurtalıq xərçəngi, həmçinin mezotelioma və peritoneal xərçəng qeydə alınıb.
Bu, "J&J" şirkətinə qarşı Böyük Britaniyada bu iddialarla qaldırılan ilk məhkəmədir.
ABŞ-də isə 2020-ci ildən satışı dayandırılan "J&J" qarşı artıq bir çox xərçəng xəstəsi tərəfindən iddia qaldırılıb.
2024-cü ilin may ayında şirkət təxminən 60 min istehlakçının iddialarını həll etmək üçün 6,475 milyard dollar məbləğində kompensasiya təklif edib.
Şirkət isə hələ də məhsullarında kanserogen olmadığını iddia edir.
Oktyabrın əvvəllərində Los-Anceles məhkəməsi Johnson & Johnson-ın mezoteliomadan vəfat etmiş bir qadın ailəsinə 966 milyon dollar ödəməli olduğuna qərar verib.
Məhkəmə xəstəliyin asbest tərkibli uşaq kirşanın istifadəsi nəticəsində yarana biləcəyini müəyyən edib.
Ayxan,
BakuPost