Ru
21:06 / 20 İyul 2026

Messidən finaldan sonra hamını təəccübləndirən addım

Messidən finaldan sonra hamını  təəccübləndirən addım
Eye

Lionel Messi və Argentina milli komandasının daha doqquz futbolçusu 2026-cı il dünya çempionatının finalında İspaniya yığmasına məğlub olduqdan sonra vətənə uçmayıblar.

"Bakupost" xəbər verir ki, bu barədə “TyC Sports” məlumat yayıb.

Nəşrin yazdığına görə, Amerikanın "İnter Mayami" klubunda çıxış edən Messi, klub yoldaşı Rodriqo De Paul kimi ABŞ-də qalıb. Həmçinin Entso Fernandes, Lautaro Martines, Xulian Alvares, Xeronimo Rulyi, Nikolas Pas, Kristian Romero, Nauel Molina və Xuan Musso da Argentinaya yollanmamaq qərarına gəliblər.


Qeyd edək ki, dünya çempionatının finalı İspaniyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşün əsas vaxtı heç-heçə (0:0) bitsə də, ikinci əlavə vaxtda "Barselona"nın 26 yaşlı hücumçusu Ferran Torres yeganə qolu vurub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar