Ru
18:00 / 13 Oktyabr 2026

Messi “Qızıl top”un yeni sahibinə mükafatı təqdim edə bilər

Messi “Qızıl top”un yeni sahibinə mükafatı təqdim edə bilər
Eye

Argentina millisinin və ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi “Qızıl top” mükafatlandırma mərasimində iştirak edə bilər.

"Bakupost" xarici KİV-ə istinadla xəbər verir ki, 39 yaşlı ulduz tədbirə şəxsən qatılacaq və əsas mükafatı yeni qalibə təqdim edəcək.

Messi karyerası ərzində 8 dəfə “Qızıl top” mükafatına layiq görülüb. O, bu uğura 2009, 2010, 2011, 2012, 2015, 2019, 2021 və 2023-cü illərdə imza atıb.

Hazırda MLS-də çıxış edən “İnter Mayami”nin formasını geyinən argentinalı futbolçu cari mövsümdə 25 oyunda 23 qol vurub.

Qeyd edək ki, 2026-cı ilin “Qızıl top” mükafatlandırma mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar