Ru
13:46 / 31 İyul 2025

Messi rəqib futbolçunu sillələdi - VİDEO

Messi rəqib futbolçunu sillələdi - VİDEO
Eye

“Liqalar kuboku” çərçivəsində ABŞ-nin “İnter Mayami” klubu Meksikanın “Atlas” komandası üzərində 2:1 hesablı qələbə qazanıb.

Bakupost.az xəbər verir ki, Leonel Messi görüş ərzində iki məhsuldar qol ötürməsi ilə fərqlənib və oyunun taleyini həll edən son ötürməni də məhz o edib. Lakin matçın sonlarında onun "Atlas" futbolçusu Serxio Ernandeslə yaşadığı münaqişə diqqət çəkib.

Belə ki, Messi rəqib oyunçu ilə sözlü qarşıdurmaya girib və onun üz nahiyəsinə toxunaraq emosiyalarını ifadə edib. İnsident qısa müddətdə digər futbolçuların müdaxiləsi ilə yoluna qoyulub.

“Atlas” komandasının baş məşqçisi Gonzalo Pineda jurnalistlərə açıqlamasında bildirib:

“Futbol emosional oyundur. Bəzən belə hallar olur. Messi də insandır, robot deyil”.

Aysel,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar