ABŞ-nin Nyu-Meksiko ştatında məhkəmə “Meta” şirkətini uşaqların psixi sağlamlığına mənfi təsir göstərdiyi və onların təhlükəsizliyini kifayət qədər təmin etmədiyi qənaətinə gələrək 567 milyon dollar təzminat ödəməyə məhkum edib.
“Bakupost” xəbər verir ki, qərara əsasən, “Meta” 13 yaşdan kiçik istifadəçilərə məxsus bütün hesabları və həmin hesablardan toplanmış şəxsi məlumatları silməlidir.
Bundan əlavə, Nyu-Meksikoda yaşayan yeniyetmələrin hesabları avtomatik olaraq məxfi rejimdə açılacaq. Şirkət həmçinin məktəb günlərində saat 08:00–15:00, digər günlərdə isə 22:00–07:00 arasında 18 yaşdan kiçik istifadəçilər üçün ani bildirişləri deaktiv etməyə məcbur ediləcək.
“Meta” məhkəmə qərarı ilə razılaşmadığını bildirərək apellyasiya şikayəti verəcəyini açıqlayıb.
Vüsalə Hüseynova,
BakuPost