Ru
13:41 / 03 Sentyabr 2026

“Meta” ən güclü Sİ modelini təqdim etdi

“Meta” ən güclü Sİ modelini təqdim etdi
Eye

“Meta” indiyədək hazırladığı ən güclü süni intellekt modeli kimi təqdim etdiyi “Muse Spark 1.3”ü istifadəyə verib.

“Bakupost” xəbər verir ki, yeni model xüsusilə kodlaşdırma və istifadəçinin tapşırıqlarını müstəqil yerinə yetirən süni intellekt agentləri sahəsində təkmilləşdirilib. Model mürəkkəb və çoxmərhələli tapşırıqları yerinə yetirmək, eyni anda bir neçə iş prosesini idarə etmək və uzun təlimatların detallarını qorumaq imkanlarına malikdir.

“Meta”nın məlumatına görə, “Muse Spark 1.3” əvvəlki modellərlə müqayisədə 25 faiz daha az token istifadə edir. Model həmçinin riskli və geri qaytarılması mümkün olmayan əməliyyatlardan əvvəl istifadəçidən təsdiq tələb edə bilir.

Yeni model hazırda tərtibatçılar üçün ödənişli şəkildə təqdim olunur. Onun yaxın vaxtlarda “Instagram”, “Facebook” və “Meta AI” istifadəçiləri üçün də əlçatan olması planlaşdırılır.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar