Ru
13:00 / 17 Dekabr 2025

Metroda gedişhaqqı 30 qəpik oldu?

Metroda gedişhaqqı 30 qəpik oldu?
Eye

Əhali arasında metroda gedişhaqqının 30 qəpiyə endirilməsi ilə bağlı məlumatlar yayılıb. Qeyd olunur ki, artıq dünənədən bir çox sərnişlər 30 qəpik ödəməklə metro xidmətindən istifadə edib.

Bəs, bu cür xəbərlərin yayılmasının səbəbi nədir? Axı məlumdur ki, metroda gedişhaqqı aşağı salınmayıb.

Bakupost.az -ın araşdırmasına görə, əhali arasında bu cür şayiələrin yaranmasına “Birbank”ın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi kampaniya səbəb olub.

Belə ki, dünəndən “Birbank Visa” kart sahibləri Bakı metrosundan istifadə zamanı gedişhaqqının yalnız yarısını ödəyəirlər. Məhz bu səbəbdən əhali arasında metroda gedişhaqqının aşağı salındığı barədə xəbərlər yayılıb.

Qeyd edək ki, "Birbank"ın sözügedən kampaniyası 4 yanvar 2026-cı ilədək davam edəcək. Sərnişinlər metro stansiyalarında ödənişləri “Birbank Visa” (debet və ya taksit) kartlarına bağlı “Apple Pay” və ya “Google Pay” vasitəsilə etdikdə, balansdan standart 60 qəpik əvəzinə 30 qəpik tutulacaq. Hər bir istifadəçi kampaniya müddətində bütün kartları üzrə ümumilikdə maksimum 10 dəfə bu güzəştdən yararlana bilər.

Lalə,BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar