Ru
10:22 / 14 Noyabr 2025

Metroda xəta sovuşdu – Mağaza tüstülənibmiş

Metroda xəta sovuşdu – Mağaza tüstülənibmiş
Eye

“Cəfər Cabbarlı” stansiyasının giriş-çıxış qapıları sərnişinlərin istifadəsinə tam açılıb.

Bu barədə Bakı Metropoliteni QSC-dən bildirilib.

***


09:53

“Cəfər Cabbarlı” stansiyasına bitişik yeraltı keçiddə yerləşən ticarət mağazasında tüstülənmə baş verib. Hadisənin metro sərnişinlərinə təsirinin qarşısını almaq məqsədilə “Cəfər Cabbarlı” stansiyasının giriş və çıxış qapıları dərhal bağlanılıb, havalandırma sistemi sovurma rejiminə keçirilib.

Bakupost.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-dən bildirilib.

Sərnişinlərin hərəkəti “28 May” stansiyası istiqamətindən təmin edilib.

Qeyd olunub ki, “Cəfər Cabbarlı” və “28 May” stansiyalarının, həmçinin “Cəfər Cabbarlı-Xətai” istiqamətində qatarların hərəkəti normal iş rejimi şəraitində təmin edilir.

Saat 10:00-da stansiyanın giriş-çıxışı istifadəyə veriləcək.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar