Ru
18:49 / 22 Sentyabr 2026

Metronun 2 stansiyası nə vaxta kimi ödənişsiz olacaq? - RƏSMİ

Metronun 2 stansiyası nə vaxta kimi ödənişsiz olacaq? -  RƏSMİ
Eye

Metronun "Xocəsən" və "Avtovağzal" stansiyalarına ödənişsiz girişin ən azı bir ay davam etməsi gözlənilir.


"Bakupost" xəbər verir ki, bunu APA-ya açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O qeyd edib ki, ödənişsiz rejimin nə qədər davam edəcəyi aparılacaq monitorinqlərin nəticələrindən asılı olacaq.

"Əminik ki, bunun uzun müddət davam etmək imkanı var. Amma ən azı bir ay, yəqin ki, olacaq", - Bəxtiyar Məmmədov bildirib.

Qeyd edək ki, Bakı Metropoliteni QSC sentyabrın 23-dən "Xocəsən" və "Avtovağzal" stansiyalarına girişin müvəqqəti pulsuz olacağını bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar