Ru
21:33 / 09 İyul 2026

Metronun 28 May stansiyası ilə bağlı XƏBƏRDARLIQ

Metronun 28 May stansiyası ilə bağlı XƏBƏRDARLIQ
Eye

Bakı Metropoliteninin "28 May" stansiyasının I çıxışında yerləşən 3 saylı eskalator planlı texniki təmir və təftiş işləri ilə əlaqədar müvəqqəti istismardan çıxarılacaq.

"Bakupost" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni"QSC-dən məlumat verilib.

Bildirilib ki, 2012-ci ildən istismarda olan "Victoria FT-935" tipli eskalatorlarda təhlükəsiz və etibarlı istismarın təmin edilməsi məqsədilə növbəlilik prinsipi əsasında planlı texniki xidmət və təmir işləri aparılır.


Qeyd olunub ki, təmir müddətində sərnişinlərin rahat hərəkətini təmin etmək üçün çıxışda qalan üç eskalator fasiləsiz fəaliyyət göstərəcək.

Məlumata görə, təmir işləri iyulun 10–dan avqustun 1-dək davam edəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar