Ru
10:34 / 01 İyul 2026

Məzun xalatı və papağı hadisə yerində qalıb... - VİDEO

Məzun xalatı və papağı hadisə yerində qalıb...  - VİDEO
Eye

Ukraynanın Xarkov şəhərinə Rusiyanın endirdiyi zərbələr nəticəsində azərbaycanlı tələbə Fatimə Hüseynovanın həlak olması barədə xəbər vermişdik.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 23 yaşlı Fatimə Xarkov Milli Tibb Universitetinin 6-cı kurs tələbəsi imiş. O, iyunun 30-u keçiriləcək diplom təqdimetmə mərasimində iştirak etmək üçün Azərbaycandan Xarkova gedibmiş.

Hadisə Fatimə rəfiqəsi ilə birgə məzun fotosessiyasına gedərkən baş verib. Raket zərbəsi zamanı onun rəfiqəsi Ada ağır xəsarətlər alıb və hazırda xəstəxanadadır.

Qeyd edək ki, Fatimənin fotosessiyada geyinmək üçün özü ilə apardığı məzun xalatı və papağı hadisə yerində - onun nəşinin yanında tapılıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar