ABŞ-nin texnologiya şirkəti “Microsoft” “PowerPoint” və “Bing” platformalarında vizual məzmunun yaradılması üçün artıq “OpenAI” modelləri əvəzinə öz süni intellekt modellərindən istifadə etməyə başlayıb.
“Bakupost”xəbər verir ki, şirkətin süni intellekt bölməsinin rəhbəri Mustafa Süleyman yeni modellərin “OpenAI” texnologiyası ilə müqayisədə təxminən 85% daha aşağı xərclə işlədiyini bildirib.
Onun sözlərinə görə, yeni modellər daha sürətli, daha keyfiyyətli və daha səmərəli nəticələr təqdim edir.
Şirkət bununla yanaşı, “PowerPoint”, “Bing” və digər məhsullarında süni intellektdən istifadə xərclərini azaltmağı hədəfləyir.
Bundan əlavə, “Microsoft” yeni səs yaradan süni intellekt modellərinin artıq “T-Mobile” və “EasyJet” kimi şirkətlərin çağrı mərkəzlərində tətbiq olunmağa başladığını da açıqlayıb.
Vüsalə Hüseynova,
BakuPost