Ru
10:42 / 25 İyul 2026

Millət vəkili Tənzilə Rüstəmxanlı Neftçalada növbəti vətəndaş qəbulu keçirdi - FOTO

Millət vəkili Tənzilə Rüstəmxanlı Neftçalada növbəti vətəndaş qəbulu keçirdi - FOTO
Eye

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı Neftçala şəhərində yerləşən ofisində növbəti vətəndaş qəbulunu keçirdi.

"Bakupost" xəbər verir ki, qəbulda Neftçala şəhəri, Xıllı qəsəbəsi, Xolqarabucaq, Boyat və Kürkənd kəndlərindən olan sakinlər iştirak edərək məşğulluq, sosial təminat, pambıq subsidiyası, fermerlərin pambıq ödənişləri, eləcə də işlə təminat və digər sosial məsələlərlə bağlı müraciətlərini deputatın diqqətinə çatdırdılar.

Tənzilə Rüstəmxanlı hər bir müraciəti diqqətlə dinlədi, qaldırılan məsələlərin operativ həlli istiqamətində aidiyyəti qurumların məsul şəxsləri ilə əlaqə saxladı və müraciətlərin qanunvericiliyə uyğun qaydada həlli üçün müvafiq dövlət orqanlarına rəsmi müraciətlərin ediləcəyini bildirdi.

Deputat vurğuladı ki, vətəndaşların müraciətlərinin dinlənilməsi və onların problemlərinin həlli istiqamətində zəruri addımların atılması deputat fəaliyyətinin əsas prioritetlərindəndir.

Qəbulun sonunda vətəndaşlar göstərilən diqqət və həssas münasibətə görə millət vəkili Tənzilə Rüstəmxanlıya təşəkkürlərini ifadə etdilər.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar