Milli Məclisin VHP-dən olan vitse-spikeri Rafael Hüseynov parlamentin bugünki iclasında “Mədəniyyət haqqında” qanunda terminlərin müzakirəsi zamanı qalmaqallı təkliflə çıxış edib.
Bakupost.az xəbər verir ki, vitse-spiker bildirib ki, Azərbaycan dilinin qrammatikası “Milli Məclis” deyil, “Millət Məclisi” ifadəsinin işlədilməsini tələb edir.
Onun sözlərinə görə, dilin daxili qanunları və qrammatik məntiq nəzərə alınmalıdır:
“Azərbaycan dilinin qrammatikası tələb edir ki, “Milli Məclis” ifadəsindən deyil, “Millət Məclisi” ifadəsindən istifadə olunsun. Bu konteksdə dilimizin qrammatik ruhuna daha uyğun ifadələr gələcəkdə qanun layihələrində yer almalıdır”.
Qryd edək ki, Azərbaycan Milli Məclisinin əsası 1918-ci il dekabrın 7-də qoyulub. 1920-ci ilin aprelində sovetləşmə ilə parlamentin fəaliyyəti dayandırılıb.
Müstəqillik bərpa edildikdən sonra 1991-ci ildə Azərbaycanın ali qanunverici orqanı yenidən formalaşdırılıb. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyaya əsasən Azərbaycan Respublikasının Milli Məclisi ölkənin ali qanunverici hakimiyyət orqanı kimi təsbit olunub.
Hazırda Milli Məclis 125 deputatdan ibarətdir və beşillik müddətə seçilir.
İrad bildirən şərhlərin hamısında yazı qüsuru var:)))
XALQDAN XƏBƏRSİZ SECİLƏN "ZİLLƏT VƏKİLLƏR"
VURUĞLARIN YERİNİ DƏYİŞƏNDƏ CƏM DƏYİŞMİR! ƏSAS ODUR Kİ, 15-20 İLLƏRLƏ KÖK SALIB OTURMUŞ HARAM YEYƏNLƏR DƏYİŞSİN. SƏFALƏT, İŞSİZLİK, BAHAÇILIĞ HÖKÜM SÜRƏN NEFT SƏLTƏNƏTİ OLAN ÖLKƏDƏ BU GÜNƏ QƏDƏR 125 HARAM YEYƏN HEÇ BU XALQI DÜŞÜNMƏYİB, QƏBUL ETDİYİ QANUNLAR XALQINI CİBİNƏ KÖKLƏNİB, CƏRİMƏ VƏ VERGİNİ ARTIRIB.
MİLLƏT SEÇMƏYİB OLARI,ONA GÖRƏ MƏDHİYYƏÇİLƏR MIƏCLİSİ OLSA DAHA YAXŞI OLAR..
ÇOX DÜZDÜR . MİLLİ MƏCLİS -BELƏ AD OLAR ?--- ALİ QANUNVERİCİLİK ORQANI---- İCARÇISI OLMALIDIR . İCRA HAKİMİYYƏTİ , MİLLİ MƏCLİS , PARLAMENT , BELƏ ADLAR SOVETİN KEÇMİŞ İDARƏÇİLİYİDİR . YENİ MODEL , İNKŞAF İDARƏETMƏ İSTƏYİRİKSƏK , UZAQ GÖRƏN VƏ HƏTTA DÜNYA ÖLKƏLƏRİNDƏN BİR ADDIM ÖNDƏ HƏRƏKƏT ETMƏK LAZIMDIR . BİZDƏ BİR ADDIM ÖNDƏ NƏDİR ? HƏLƏ 5 ADDIM GERİDƏ İNKŞAF EDİRİK . BƏLİ İNKŞAF EDİRİK , AMA 5 ADDIM GERİDƏ .