Ru
11:17 / 03 Oktyabr 2025

Milyarder Süleymanov Moskvada saxlanıldı

Milyarder Süleymanov Moskvada saxlanıldı
Eye

Rusiyanın paytaxtında Moskva Cinayət Axtarış İdarəsinin (MUR) əməkdaşları milyarder İbrahim Süleymanovu saxlayıblar.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya xüsusi xidmət orqanlarına bağlı olan "VÇK-OQPU" Telegram kanalı bildirib.

Xəbər görə, Süleymanov oktyabrın 2-nə keçən gecə saxlanılıb. O, Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə (adam öldürmə) maddəsi ilə əvvəlki illərdə baş vermiş hadisələrə görə ittiham olunur. Hazırda o, Rusiya Cinayət Prosessual Məcəlləsinin 91-ci maddəsi ilə nəzarət altında saxlanılır və müstəntiqlər onun həbsi üçün vəsatət hazırlayırlar.

Süleymanov Rusiyanın ən nüfuzlu, lakin üzdə görünməyən milyarderlərindən biri hesab olunur. O, əvvəllər dələduzluq və çirkli pulların yuyulmasına görə həbsdə olub. Dəbdəbəli həyat tərzi keçirən Süleymanovun bir neçə oliqarxla əlaqələrinin olduğu bildirilir. . Media onu “kölgə milyarderi” və tanınmış iş adamlarının cinayət ortağı adlandırıb.

İbrahim Ameyeviç Süleymanov 1967-ci il mayın 29-da Dağıstan MSSR-in Rutul kəndində anadan olub. O, Rusiya vətəndaşıdır, Platon Lebedevin (Mixail Xodorkovskinin keçmiş tərəfdaşı) kürəkəni və ölkənin əsas İT infrastrukturlarından biri olan "Sirena-Travel" ASC-nin faktiki benefisiarıdır.

Zaur,BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar