Ru
16:35 / 12 Oktyabr 2026

Milyarderlərin “boşanma paytaxtı” London: Fərhad Əhmədovun ödədiyi inanılmaz məbləğ

Milyarderlərin “boşanma paytaxtı” London:  Fərhad Əhmədovun ödədiyi inanılmaz məbləğ
Eye

Böyük Britaniyanın paytaxtı London dünyanın ən varlı cütlükləri üçün əsl "boşanma paytaxtı"na çevrilib.

“Bakupost” xarici KİV-lərə istinadən xəbər verir ki, İngiltərə məhkəmələrinin nikah dövründə əldə edilən əmlakı tərəflər arasında bərabər bölüşdürmək prinsipi və yüksək təzminat qərarları beynəlxalq milyarderləri məhz bu şəhərə cəlb edir.

Hüquqşünasların sözlərinə görə, ingilis hüquq sisteminin ən böyük üstünlüyü ailə içi qazanılan bütün varlıqların bərabər paylanması yanaşmasıdır. Londonda keçirilən boşanma davalarında yalnız imarətlər və lüks yaxtalar deyil, incəsənət kolleksiyaları, yarış atları, brend çantalar və hətta avtomobillərin xüsusi dövlət qeydiyyat nişanları (nömrələr) də bölgü mövzusu olur. Ekspertlər qeyd edirlər ki, ingilis məhkəmələri tərəflərin gizlətməyə çalışdığı ofşor və ya gizli servətləri də araşdıraraq ortaya çıxarmaq imkanına malikdir. Bəzi irimiqyaslı davalarda təkcə vəkillərin və hüquqi xidmətlərin xərci 5 milyon sterlini (~11.25 milyon AZN) keçir.

London məhkəmələrindəki ən böyük 10 boşanma sazişi:

• Şahzadə Haya bint Hüseyn – Şeyx Məhəmməd bin Rəşid əl-Maktum: 554 milyon sterlin (~1 milyard 246.5 milyon AZN)

• Tatyana Əhmədova – Fərhad Əhmədov: 453 milyon sterlin (~1 milyard 19.25 milyon AZN)

• Kirsti Roper – Ernesto Bertarelli: təxminən 400 milyon sterlin (~900 milyon AZN)

• Cemi Kiper-Hohn – Ser Kris Hohn: 337 milyon sterlin (~758.25 milyon AZN)

• Qalina Bəşərova – Boris Berezovski: 165–220 milyon sterlin (~371.25 – 495 milyon AZN)

• Elena Kroupeeva – Mixail Kroupeev: 100.6 milyon sterlin (~226.35 milyon AZN)

• Kristina Estrada – Şeyx Valid Juffali: təxminən 75 milyon sterlin (~168.75 milyon AZN)

• Pauline Çai – Khoo Kay Peng: 64 milyon sterlin (~144 milyon AZN)

• Madonna – Guy Ritcie: təxminən 50–62 milyon sterlin (~112.5 – 139.5 milyon AZN)

Son olaraq bu il rusiyalı iş adamı Mixail Krupeyevin 100.6 milyon sterlinlik (~226.35 milyon AZN) boşanma davasının Londonda yekunlaşması şəhərin bu statusunu bir daha təsdiqləyib.

Bilal,
BakuPost

Milyarderlərin “boşanma paytaxtı” London:  Fərhad Əhmədovun ödədiyi inanılmaz məbləğ
Milyarderlərin “boşanma paytaxtı” London:  Fərhad Əhmədovun ödədiyi inanılmaz məbləğ
Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar