Ru
18:38 / 24 Sentyabr 2026

Milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ

Milyonluq mülkləri ilə gündəmə gələn deputat  İSTEFA VERDİ
Eye

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev istefa verib.


"Bakupost" Lent.az-a istinadən xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası oktyabrın 8-də Qəzənfər Abdullayevin istefa ərizəsinə baxacaq.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından fakt təsdiqlənib.

Bildirilib ki, Qəzənfər Abdullayev səhhətində yaranan problemlərlə əlaqədar öz ərizəsi ilə vəzifəsindən istefa verib.

Qeyd edək ki, son günlər mətbuatda Qəzənfər Abdullayevin fəaliyyəti və milyonlarla manat dəyərində mülkləri ilə bağlı yazılar dərc olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar