Tanınmış jurnalist Fulya Öztürk Qarabağdan hazırladığı xüsusi reportajda regionda aparılan bərpa və minatəmizləmə prosesini yerindəcə işıqlandırıb. O, işğaldan azad edilən bu torpaqlarda bir tərəfdən təhlükəli minaların zərərsizləşdirildiyini, digər tərəfdən isə sürətli tikinti işlərinin aparıldığını bildirib.
"BakuPost" xəbər verir ki, jurnalist işğal dövründən qalan ağır mina təhlükəsinə diqqət çəkərək təhlükəsizliyin təmin edilməsi üçün aparılan gərgin işlərə diqqət çəkib.
Fulya Öztürk bildirib ki, ermənilər ərazini tərk edərkən mülki azərbaycanlılara daha çox zərər vermək üçün minlərlə patlayıcı və mina yerləşdiriblər. Sahədə çalışan mütəxəssislər ötən 6 il ərzində 250 mindən çox minanı aşkarlayaraq zərərsizləşdiriblər. Ərazidə hələ də minlərlə minanın qaldığı və prosesin illərlə davam edəcəyi gözlənilir.
Minalardan təmizlənən sahələrdə isə sürətlə yeni evlər və infrastrukturlar inşa olunur.
Fulya Öztürk bildirib ki, artıq 60 mindən çox azərbaycanlı öz doğma torpaqlarına qayıdıb, yerləşib. Bununla belə, yüz minlərlə insan hələ də öz baba ocaqlarına qovuşacağı günü həyəcanla gözləyir.
Günel,
BakuPost