“Yaxın gələcəkdə Türkiyə-Ermənistan sərhədlərinin açılacağını gözləmirəm”.
Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, bunu erməni politoloq Nelli Minasyan deyib.
Ermənistan-Azərbaycan sülh sazişinin paraflanmasından sonra Ermənistan-Türkiyə münasibətlərində hər hansı irəliləyişin olub-olmaması ilə bağlı suala ekspert belə cavab verib:
“Hazırda heç bir irəliləyiş görmürəm, yaxın gələcəkdə də dəyişikliyin olacağı ehtimalı yoxdur. Sərhədlər bağlı qalmaqda davam edir”.