Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) mərkəzi ofisində oktyabrın 23-də Türkiyədə təşkil olunacaq "Mini Miss World" gözəllik müsabiqəsində Azərbaycanı təmsil edəcək Əminə Quliyeva ilə görüş olub.
"Bakupost" xəbər verir ki, görüşdə diaspor təmsilçiləri balaca gözələ rəsmi Fəxri Fərman təqdim edərək ona uğurlar arzulayıblar.
Müsabiqənin Azərbaycan üzrə milli direktoru Ruslana Nəsibova Əminə Quliyevaya rəsmi olaraq tacı təqdim edib və dəstək rəmzi olaraq Azərbaycan bayrağını qaldırıb.
Görüşdə UABD İH-nin üzvləri Anar Ələkbərov, Hacı Xanayev, "Zorya Aqro Qrup" Aqrar Şirkətinin Baş direktoru, Jitomir Vilayət Administrasiyasının deputatı İrina Kostyuşko və diasporun xanım aktivləri iştirak ediblər.