Ru
12:56 / 02 Fevral 2026

"Minimum əməkhaqqı 655 manat olmalıdır" - Deputat

"Minimum əməkhaqqı 655 manat olmalıdır" - Deputat
Eye

Azərbaycanda maaşların artırılması məsələsi parlamentdə müzakirə olunub.


Bakupost.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, bu haqda deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında danışıb.

“Hazırda Azərbaycanda minimum əməkhaqqı 400 manatdır və bu, orta əməkhaqqının 37%-i səviyyəsindədir. Qoşulduğumuz beynəlxalq sənədlərdə minimum əməkhaqqı ən azı orta əməkhaqqının 60%-i həcmindədir. Əgər bizdə bu tətbiq olunsa, minimum əməkhaqqı 655 manat olmalıdır. Bu nöqteyi-nəzərdən minimum əməkhaqqı məbləğinin ildə bir dəfədən az olmayaraq baxılması məsələsi çoxşaxəli aktuallıq kəsb edir. Xüsusilə regionlarda işləyən şəxslərin xeyli hissəsi minimum əməkhaqqının ətrafında maaş alır. Ona görə də maaşların artırılması düşünülməlidir”, - deputat bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar