Ru
16:11 / 05 İyun 2026

Mirələm Mirələmova ağır itki - FOTO

Mirələm Mirələmova ağır itki  - FOTO
Eye

Tanınmış xanəndə Mirələm Mirələmovun ailəsinə ağır itki üz verib.

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin üzvü, polkovnik Cəlal Qurbanov sosial şəbəkə hesabında bildirib.

Belə ki, Sənətçinin atası Fərman Mirələmov kişi 68 yaşında vəfat edib.
"Əziz dostum, qardaşım Mirələmin dəyərli atası Fərman kişinin 68 yaşında haqq dünyasına qovuşması bizi dərindən sarsıtdı. Mirələm atasına çox bağlı, onu böyük sevgi və ehtiramla sevən bir övlad idi. Fərman əminin gedişi ailəsi, doğmaları və onu tanıyan hər kəs üçün ağır itki oldu.

Bu ağır itkinin acısını bölüşərək, Mirələm qardaşıma, bütün ailə üzvlərinə və doğmalarına ailəmizin adından dərin hüznlə başsağlığı verir, Uca Allahdan Fərman əmiyə rəhmət, yaxınlarına səbir və dözüm diləyirik. Allah rəhmət eləsin. Məkanı cənnət, ruhu şad olsun. Amin", - deyə məlumatda qeyd olunub.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar