"Media Masası" verilişinin ikinci buraxılışında "Real TV"nin baş direktoru Mirşahin Ağayev televiziya ilə bağlı səsləndirilən fikirlərə sərt reaksiya verib.
"Bakupost" SAVASHMEDİA.az-a istinadla xəbər verir ki, emosional çıxışı ilə diqqət çəkən Mirşahin Ağayev xüsusilə "televizora baxmıram" deyən şəxsləri sərt şəkildə tənqid edib.
O bildirib ki, belə ifadələri qəbul etmir:
"Mənim yanımda "televiziyaya baxmıram" deyənlərə ağır cavab verirəm. Necə yəni baxmıram? Mən onlara ən ağır sözlər deyirəm. Bu, mənim fəaliyyət zonama müdaxilədir", - Mirşahin Ağayev bildirib.
Verilişin həmin hissəsini təqdim edirik:
Mənə lazım deyil televiziya layihələri.Mən Mirşahinə baxmağa məcbur deyiləm.Çünki heç də faydalı bir layihə yoxdur televiziyada.
Ən boyuk tərbiyəsizlik sənin yaltaqlıqdır
Görəsən bu adam, özünü nə hesab edir, necə yəni "televizora baxmalısan"...???