Ermənistan Azərbaycanla sülh sazişinin yaxın aylarda imzalanacağına ümid edir.
Bakupost.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan AŞPA-da çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, kommunikasiyaların qurulması və tranzit məsələlərində qarşılıqlı əməkdaşlıq regionda sülhün əsas komponentlərindən biridir:
“Sülh sazişinə kommunikasiyaların qurulması və tranzit məsələlərində qarşılıqlı yardımın göstərilməsi daxildir. TRİPP layihəsi bölgədə sülh və əməkdaşlıqda əsas amil olacaq”, – deyə nazir qeyd edib.
Yasəmən,
BakuPost