Bu yaxınlarda Azərbaycanla sülh sazişini parafladıq, bunun bəyannaməsi Vaşinqtonda imzalandı.
Bakupost.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumunda çıxışında deyib.
“Bir-birimizin ərazi bütövlüyünü və sərhədlərini tanımağa razılaşmışıq. Ümumi prinsiplər barədə razılığa gəlmişik ki, onlar çərçivəsində iki ölkə arasında nəqliyyat infrastrukturu blokdan çıxacaq.
Təsəvvür edin, Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqəsi bərpa olunanda bu, təkcə dünyanın həmin hissəsi üçün deyil, həm də Avropa İttifaqı daxil olmaqla, daha böyük region üçün böyük əhəmiyyət kəsb edəcək. Ancaq yenə deyirəm, bununla məhdudlaşmır. Cənubi Qafqazda sülhün bərqərar olması region ölkələrinə öz suverenliyini möhkəmləndirməyə, digər böyük paytaxtlardan asılılığı azaltmağa imkan verir və bizə, məsələn, fərqli xarici siyasətə malik olmaq imkanı verir”, - nazir bildirib.