Ru
20:54 / 12 Oktyabr 2026

Misir Mərdanovdan məktəbli geyimləri ilə bağlı AÇIQLAMA

Misir Mərdanovdan məktəbli geyimləri ilə bağlı AÇIQLAMA
Eye

Məktəblərdə vahid geyim qaydalarına riayət olunması təhsilin keyfiyyətinin yüksəldilməsi, tərbiyə işinin səmərəli təşkili və nizam-intizamın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu qaydalara əməl olunması məktəb mədəniyyətinin formalaşmasına və təhsil mühitində vahid yanaşmanın qorunmasına xidmət edir.

"Bakupost" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycanın keçmiş təhsil naziri, professor Misir Mərdanov deyib.

O, məktəblərdə vahid geyim qaydalarına riayət olunmasının təhsilin inkişafına xidmət etdiyini bildirib.

Professor qeyd edib ki, təhsil müəssisələrində şagird və müəllimlərin məktəbə müəyyən olunmuş formada gəlməsi təhsilin inkişafına, tərbiyənin və nizam-intizamın möhkəmlənməsinə xidmət səbəb olacaq:

“Unutmamalıyıq ki, məktəb yalnız dərs keçilən yer deyil, həm də şəxsiyyətin formalaşdığı məkandır. Məktəbdə vahid geyim qaydalarına riayət etmək də bu ümumi mədəniyyətin və məsuliyyətin bir hissəsidir”.

Onun sözlərinə görə, məktəbdə vahid geyim qaydalarının qorunması şagirdlərdə məsuliyyət hissinin formalaşmasına, təhsil mühitində qarşılıqlı hörmətin və məktəb mədəniyyətinin güclənməsinə töhfə verir.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar