Ru
09:00 / 20 Avqust 2026

Mixək çayı yaddaşı gücləndirə bilərmi?

Mixək çayı yaddaşı gücləndirə bilərmi?
Eye

Mixəkdə olan “eugenol” adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır.


"Bakupost" Medicina.az-a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stresslə əlaqəli proseslərə müsbət təsir göstərə biləcəyi müşahidə olunub.

Mütəxəssislər bildirirlər ki, 3-5 ədəd mixəyi 1 stəkan isti suda 8-10 dəqiqə dəmləyərək çay hazırlamaq mümkündür. Lakin bu təsirlərin insanlarda təsdiqlənməsi üçün daha çox araşdırmaya ehtiyac var.

Mixək qan laxtalanmasına təsir göstərə bildiyi üçün qan durulaşdırıcı dərman qəbul edənlər ehtiyatlı olmalıdır. Mixək yağı isə yüksək konsentrasiyalı olduğundan daxilə qəbul edilməməlidir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar