Ru
23:06 / 23 Oktyabr 2026

Moldova rusiyalı diplomatı ölkədən çıxarır - SƏBƏB

Moldova rusiyalı diplomatı ölkədən çıxarır -  SƏBƏB
Eye

Moldova ərazisinə pilotsuz uçuş aparatının düşməsi ilə əlaqədar rusiyalı diplomatın ölkədən çıxarılmasına qərar verilib.

"Bakupost" xəbər verir ki, buna səbəb Moldova ərazisində yerləşən Kiştelniça kəndində pilotsuz uçuş aparatının düşməsi olub.

Moldovanın Xarici İşlər Nazirliyi insidentlə bağlı açıqlamasında ölkənin hava məkanının pozulmasını qətiyyətlə pisləyib.
“Xarici İşlər Nazirliyi Moldova Respublikasının hava məkanının pozulmasını və Teleneşt rayonunun Kiştelniça kəndində baş verən hadisəni qətiyyətlə pisləyir. Partlayıcı maddə daşıyan pilotsuz uçuş aparatı yaşayış evindən təxminən 100 metr məsafəyə düşüb”, – deyə qurumun bəyanatında bildirilib.


Moldova Polis Baş Müfəttişliyinin ilkin məlumatına görə, hadisə zamanı partlayış baş verməyib və xəsarət alan olmayıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar