“10 gün əvvəl Moskvada “Sadovod” bazarına girmişdim. Özümə pencək almaq istəyirdim. Hansı mağazaya girdimsə, satıcı azərbaycanlı idi. Təxminən 15-20 mağazaya baş çəkdim. Bu bazar bütünlüklə azərbaycanlılardan ibarətdir. Yüzlərlə azərbaycanlı burada işləyir və ailəsinə pul göndərir. İndi bu bazar məhv oldu. Burada işləyən azərbaycanlılara milyonlarla ziyan dəydi”.
Bakupost.az xəbər verir ki, bu sözləri keçmiş müstəntiq Müşfiq Abbasov Moskvaya
kütləvi dron hücumu zamanı məşhur “Sadovod” bazarındakı yanğınla bağlı təəssüratlarını bölüşərkən bildirib.
Onun sözlərinə görə, elə insanlar var ki, banklardan külli miqdarda kredit götürüb mal alıblar:
“Həmin mallar artıq məhv oldu. Adamlar çarəsizdir. Gözlər sığortaya dikilib. Sığortanın isə həmin ziyanı qarşılaması sual altındadır. Müharibə insanlara ancaq fəlakət gətirir. Gec-tez müharibə dayanacaq. Amma itirilənləri geri qaytarmaq olmayacaq. Moskvada ziyan çəkən həmyerlilərimizə isə səbr arzulayıram”.
Xatırladaq ki, Moskvanın ən böyük bazarlarından biri olan “Sadovod” azərbaycanlı iş adamları Qod Nisanov və Zarah İliyevin “Kievskaya Ploşad” şirkətinə məxsusdur. Bazar 40 hektar ərazidə yerləşir.
Lalə,
BakuPost
Müşfiq Abbasovun bu tər-təravətli (lo?) faciəvi, ya dəyərli dron dağıntıları Kiyevlə Kremlin nəğd gəlir oobyeklərini, kiminsə daha öncə və ya BİRGƏ hədəfləmə siyasətimi? Məgər, 2ci dünya və sonrakı müharibələr şüurlu insan-vətəndaş və Siyasi Liderlərə təsdiqləməyib ki, Yer aləmi camiləri, vətəndaşları və dövlətləri müxtəlif, lakin heç də ya məhvedici, ya dağıdıcı məram-məqsədli insanlar deyil, yalnız razılıqlı qurucu insanlardan ibarətdir! Digərləri KİM olmalarından asılı olmayaraq, cinayət məramları birgə operativ qəti-təpki və ya gecikmiş də olması sərt-ciddi mühakimə ilə haqq etdiləri hüquqi cəza yerlərinə otuzdurulmalıdırlar! Digər həər hansı münasibətdə sərhədləri aşan hərbi təcavüzlərə son NOTu yox, rəvac (aşkar, ya gizli xeyir-dua?) izlənir, ya duyulur?
Milli komeje ehtijac(дж) var !