Ru
22:08 / 09 İyun 2026

Moskvada partlayış: general Dəmir öldürüldü - Video

Moskvada partlayış: general Dəmir öldürüldü - Video
Eye

Moskvada baş verən partlayış nəticəsində həlak olan şəxsin Rusiya Müdafiə Nazirliyinin Baş Raket və Artilleriya İdarəsinin rəisi, general-mayor Dəmir Davıdov olduğu bildirilir.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, Dəmir Davıdov Balaşixada yaşayırdı və partlayış baş verən BMW X3 markalı avtomobil ona məxsus olub.

Bildirilir ki, general sözügedən avtomobili 2024-cü ildə Vladimir vilayətində yaşayan bir iş adamından alıb.

Rusiya mediasının məlumatına əsasən, Dəmir Davıdov Ukraynada müharibə başlayandan sonra dəfələrlə Luqansk vilayətinə səfər edib.

Partlayışın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, iyunun 9-u səhər Moskvanın Balaşixa rayonunda avtomobil partladılıb. Məlumata görə, avtomobilin oturacağının altına quraşdırılmış 300-400 qram trotil ekvivalent gücə malik partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində 62 yaşlı general-leytenantın öldüyü bildirilirdi.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar