Moskva vilayətinin Sergiyev-Posad şəhər dairəsindəki Vixrevo aerodromunda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə 20 xilasedici və 7 vahid texnika cəlb olunub.
Təyyarənin göyərtəsindəki iki nəfərin öldüyü ehtimal olunur.