Kremlin xüsusi elçisi və Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev "könüllülər koalisiyası" sammitindən bir gün sonra gizli şəkildə Parisə səfər edib.
Bakupost.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Fransanın "Le Monde" qəzeti məlumat yayıb.
Bildirilib ki, Ukrayna nümayəndə heyəti müttəfiqləri ilə məsləhətləşərkən Rusiya rəsmisi ABŞ səfirliyində qəbul edilib.
"Rusiya səfiri Kirill Dmitriyevin Parisdə olduğu bildirilir. O, Rue du Faubourg Saint-Honoré küçəsində görünüb", - nəşr əlavı edib.
Qeyd edilib ki, Yelisey Sarayı Dmitriyevin 7 yanvarda, "könüllülər koalisiyası" ilə Stiv Uitkoff və Cared Kuşner arasında Parisdə keçirilən danışıqlardan bir gün sonra prezident sarayına baş çəkmədiyini, lakin Yelisey Sarayının yanında yerləşən ABŞ səfirliyində qəbul edildiyini vurğulayır.
Nəşr Kirill Dmitriyevi "Kreml ilə Ağ Ev arasında əsas əlaqə" və 28 maddəlik sülh müqaviləsinin həmmüəllifi adlandırır.
Vurğulanıb ki, Kirill Dmitriyevin 7 yanvar 2026-cı ildə Rue du Faubourg Saint-Honoré küçəsində görünməsi Ukrayna danışıqlar qrupunun Parisdə olması ilə üst-üstə düşüb. Həmin vaxt Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və Ukrayna nümayəndə heyətinin digər üzvləri NATO nümayəndələrinin iştirakı ilə Fransa, Birləşmiş Krallıq və Almaniyadan olan təhlükəsizlik müşavirləri ilə məsləhətləşmələr aparıblar.