Ru
11:24 / 16 May 2026

Mövsüm başladı, qiymətlər artdı- 50 manata çay... - VİDEO

Mövsüm başladı, qiymətlər artdı- 50 manata çay... - VİDEO
Eye

Mövsüm başladı, qiymətlər artdı...


Bakupost.az Xəzər Tv-yə istinadən xəbər verir ki, İsmayıllı rayonunda turizm mövsümünün başlaması ilə istirahət və xidmət sahələrində qiymət artımı müşahidə olunur.

Xüsusilə meşə ərazilərində fəaliyyət göstərən kafe və istirahət mərkəzlərində samovar çayı xeyli baha qiymətə təklif olunur. Bəzi yerlərdə qiymət hətta 50 manata çatır.

Bununla yanaşı, rayonda kirayə verilən fərdi evlərin və kotteclərin qiymətlərində də artım müşahidə olunur. Ev sahibləri bildirirlər ki, qiymətlər evlərin şəraiti, otaq sayı və təqdim olunan xidmətlərə uyğun olaraq müəyyən edilir.

Ev sahiblərinin sözlərinə görə, rayona gələn turistlərin sayının artması da qiymətlərə təsir göstərən əsas amillərdən biridir. Ümumilikdə, bölgədə turizm axınının artması qiymətlərin formalaşmasına birbaşa təsir göstərir və bu tendensiyanın davam edəcəyi gözlənilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar