Ru
18:35 / 02 İyul 2026

Müctəba Xamenei atasının dəfnində iştirak ETMƏYƏCƏK

Müctəba Xamenei atasının dəfnində iştirak  ETMƏYƏCƏK
Eye

İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei təhlükəsizlik səbəblərinə görə atası Seyid Əli Xameneinin dəfn mərasimində iştirak etməyəcək.


"Bakupost" APA-ya istinadla xəbər verir ki, bu barədə Ali Rəhbərin Hindistandakı nümayəndəsi Ayətullah Həkim Elahi “India Today”a bildirib.

Qeyd edək ki, İsrailin müdafiə naziri İsrael Katz Müctəba Xameneinin hədəf siyahısında olduğunu deyib.

İranın xarici işlər naziri Abbas Əraqçi ölkə rəhbərliyinə qarşı hər hansı bir təhdidin güclü cavab zərbəsi ilə üzləşəcəyini vurğulayıb.

Xatırladaq ki, İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin aviazərbələri nəticəsində öldürülüb.

Onun yerinə oğlu Ayətullah Müctəba Xamenei seçilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar