Ru
17:12 / 14 İyul 2026

Müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi

Müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi
Eye

Ekstrasens Zirəddin Rzayevin canlı yayım zamanı müəllimə ilə söhbəti sosial şəbəkələrdə maraqla qarşılanıb.

"Bakupost" Milli.az-a istinadla xəbər verir ki, canlı yayıma qoşulan və müəllim kimi fəaliyyət göstərmək istəyən xanım növbəti imtahandan sonra hansı bölgəyə təyinat alacağı ilə bağlı sual ünvanlayıb. O bildirib ki, əvvəlki illərdə iştirak etdiyi imtahanlardan sonra hər dəfə rayonlara göndərilib və bu dəfə Bakıya təyinat alıb-almayacağını öyrənmək istəyir.

Suala cavab verən Zirəddin Rzayev isə bu il müəllimənin paytaxta təyinat alma ehtimalının olmadığını söyləyib.

Sosial şəbəkələrdə yayılan həmin görüntülər qısa zamanda geniş yayılıb. İzləyicilər ekstrasensin səsləndirdiyi fikirlərlə bağlı müxtəlif rəylər yazaraq mövzunu müzakirə ediblər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar