Ru
15:39 / 14 Sentyabr 2026

Müəllim olmaq istəyənlərə pis xəbər

Müəllim olmaq istəyənlərə pis xəbər
Eye

Müəllimlik ixtisaslarına qəbul planının azaldılması davam etdiriləcək və məqsəd bu sahədə kadr hazırlığının keyfiyyətini artırmaqdır.

"Bakupost" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu il bakalavriat və magistratura səviyyələri üzrə ümumilikdə 76 mindən çox nəfər ali təhsil müəssisələrinə qəbul olub. Bakalavriat üzrə 64 469 yer təqdim edilib və onların 30 235-i dövlət sifarişi əsasında olub.Magistratura üzrə isə 18 384 yer təqdim olunub.

E.Əmrullayev xüsusilə müəllimlik ixtisaslarına qəbul sayının azaldıldığını qeyd edib. Onun sözlərinə görə, bu il həmin ixtisaslar üzrə 7 540 nəfərin qəbul edilməsi nəzərdə tutulub. Əvvəlki illərdə bu göstərici 10-12 min nəfər civarında olub.

Nazir bildirib ki, müəllimlik ixtisaslarına qəbulun azaldılmasında əsas məqsəd təhsilin keyfiyyətini artırmaq və sistemin real ehtiyacına uyğun sayda müəllim hazırlamaqdır.

"Bizim inandığımız bundan ibarətdir ki, müəllim ixtisaslarına qəbulda sayları azaltmaqla keyfiyyəti artıra bilərik, ballar daha yüksək ola bilər", - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, 2022-2023-cü tədris ili ilə müqayisədə bu il müəllimlik ixtisasları üzrə qəbul yerlərinin sayı 3 690 nəfər azaldılıb. Əvvəlki illərdə bu rəqəm 11 mindən çox olub.

Emin Əmrullayev qeyd edib ki, qərarın səbəblərindən biri də bəzi ali təhsil müəssisələrində müəllimlik ixtisaslarına aşağı balla qəbul olunan məzunların sonradan müəllimlərin işə qəbulu imtahanında minimal balı belə toplaya bilməməsidir.

Nazir müəllimlik peşəsinin daha rəqabətli olmasının vacibliyini vurğulayıb və yüksək balla bu ixtisasa qəbul olanların sayının artmasının müsbət hal olduğunu bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar