Müəllimlər üçün maaş artımı niyə fərqlidir? - VİDEO
305
Son günlər Elm və Təhsil Nazirliyinin qərarına əsasən 6500-dən çox müəllimin maaşının 35 faiz artırılması cəmiyyətdə geniş müzakirələrə səbəb olub.
Təqdirəlayiq addım kimi qiymətləndirilsə də, bir çox müəllimlər bu artımın hamıya şamil edilməməsini ədalətsizlik kimi dəyərləndirir.
Məsələ ondadır ki, bu artım yalnız müəyyən göstəricilərə əsasən seçilən pedaqoqlara şamil olunur və 5 il sonra keçiriləcək növbəti qiymətləndirmədə nəticə aşağı olarsa, həmin müəllimlər artımdan məhrum ediləcəklər.
Bu isə təhsil sahəsində bərabərlik prinsipinə zidd olub-olmadığı barədə suallar doğurur.
Bakupost TV-nin mövu ilə bağlı suallarını təhsil eksperti Məzahir Məmmədli cavablandırıb .