Bakupost.az yazıçı Şərif Ağayarın iştirakı ilə Bakupost TV yutub kanalında yayımlanan “Yazıçı Postu” layihəsinin 41-ci buraxılışının yazılı variantını təqdim edir.
Ermənistana keçən əsgərimiz...
– Həftəmizin ən yaddaqalan hadisələrindən biri əsgərimizin Ermənistan ərazisinə keçməsi oldu. Təsadüfi deyil ki, Ermənistanın baş naziri bir neçə dəfə hadisə ilə bağlı danışdı. Lakin onun danışıqları nədənsə biri-birini tutmur. Sonuncu məlumatı bundan ibarətdir ki, orada vətəndaşa zərər verib, ona görə barəsində iki aylıq həbs qətiimkan tədbiri seçilib. Məncə, Azərbaycan dövləti, hətta cinayət töprətmiş olsa belə öz vətəndaşının yanında olmalıdır. Onsuz da Ermənistanda nə baş verməsindən asılı olmayaraq hərbi hissəni icazəsiz tərk etdiyi üçün əsgərə biz tərəfdən cinayət işi açılıb. İndi beynəlxalq qanunvericilikdən maksimum yararlanaraq əsgərimizin bizə verilməsinə çalışmalıyıq. İstintaq-məhkəmə işləri də burada aparılmalıdır. Mənim düşündüyüm qədər, müharibə şəraiti sayılmır.
Əsgərimizin taleyi hamımızı narahat etməlidir. Biz onun Ermənistanda hansı vəziyyətdə olduğunu bilmirik. Onun haqqında deyiənlərlə bağlı əlimizdə heç bir sübut yoxdur. Paşinyan isə dinc şəraitdə ələ keçən əsgərlə müharibədə əsir götürülən döyüşçüləri dəyişmək istəmir. Bu yanaşma da qəribədir. Qarşımızda doğrudan da demokratik bir ölkə varsa, kimliyindən asılı olmayaraq insan hüquqlarına həssas yanaşmalıdır. İndiki halda prioritet ələ keçirilən əsgərin ədalətli mühakiməsidir. İstər müharibə şəraitində əsir düşsün, istərsə də dinc vaxtı dövlət sərhədini keçsin...
Hicab qadağası ciddiləşir...
– Keçən dəfə də bu mövzudan danışdıq. Lakin keçən dəfə problem söz şəklində idi, indi isə hicablı şagirdlər, tələbələr, hətta müəllimlər məktəblərə buraxılmır. Cəmiyyətdə isə məsələ ilə bağlı kəskin qütbləşmə gedir. Bir çoxu hicab qarşıdurmasını Tanrıya qarşı, bir çoxu isə dövlətə qarşı çıxmaq sayır. Əslində isə nə Tanrıya üsyam var, nə də dövlətə. Həqiqət qızıl ortadadır. Ona görə məsələyə çox həssas yanaşmaq lazımdır.
Dövlətin tərəfini saxlayan qələm adamları düşünür ki, hicab özü özülüyündə bir qadağadır, dindar kəsim isə hicab qadağasını azadlığın məhdudlaşması sayır. Lakin burada bir incə məqam var: əgər hicab yetkinlik yaşına çatmış insanın könüllü seçimidirsə, bu onun azadlığıdır, ağlı kəsməyən uşaq valideynlərinin, qohumlarının, qəyyumlarının diktəsi ilə ona vadar olunursa, azadlıq deyil.
Şəxsən mən müəllimlər, şagirdlər və ziyalılar arasında apardığım sorğuiya əsasən bu nəticəyə gəlmişəm ki, aşağı yaşlarda uşaqların hicaba məhkum edilməsi qəti şəkildə yolverilməzdir. Bir yazı oxudum, yazırlar ki, uşaq nə bilir qadağa nədir?! Bəs qadağanın nə olduğunu bilməyən uşaq hicabın nə olduğunu haradan biləcək? Onu o yaşda biz niyə hicaba məhkum etməliyik? Təsəvvür edin, ibtidai məktəblərə – üçüncü, dördüncü siniflərə hicablı uşaqlar gəlir. Bu faciədir. Elə bil Məmməd Əmin Rəsulzadənin, Üzeyir bəyin, Mirzə Cəlilin ölkəsində yaşamırıq. Axı bütün böyük şəxsiyyətlərimiz bu məslələrlə bağlı çox ciddi fikirlər söyləyiblər.
İnsan həddi-buluğa çatıb özü haqqında qərar vermək səlahiyyəti qazanmalıdır. Uşaqların hələ bu səlahiyyəti yoxdur. Təhsil bizdə icraidir. Yəni məcburiyyətdir. Uşağı heç kim təhsildən aralaya bilməz. Eyni zamanda, ümumtəhsil məktəblərində azyaşlı uşaqların geyimi ilə bağlı qərarı da onların valideynləri vermir. Həddi-buluğa yaxın yaşlara çatanda vəziyyət bir az dəyişir. Məncə, biz daha çox müsəlman əhalidən ibarət olduğumuz üçün burada bir ortaq məxrəcə gəlməliyik. Lakin islamdakı müxtəlif təriqət və məzhəblərdə geyim fərqləri olduğu üçün burada da prtobılem yaranır. Buna görə, mənim fikrimcə, yalnız həddi-buluğa çatan və ya bu yaşa yaxınlaşan qızlara vahid məktəbli formasına uyğun hicab icazəsi verilə bilər.
İlin ədəbiyyat hadisəsi...
– Təsəvvür edin, yolla gedirsiniz, qəfil sizə zəng gəlir və deyirlər ki, siz Nobel mükafatına layiq görülmüsünüz. Bir milyon iki yüz min dollar və bir saatın içində dünya şöhrəti... Doğrudan həyəcanlı məqamdı. Bu həftə belə bir pilləyə kanadalı yazıçı-şair Enn Karsın ucaldı. 76 yaşlı bir xanımdır və uzun müddət qədim yunan mənbələrini və mifologiyasını araşdırıb. Ədəbiyyat həvəsi də buradan yaranıb. Biri-birinin ardınca uğurlu kitablar yazaraq çoxsaylı beynəlxalq ədəbiyyat mükafatına layiq görülüb. Klassikadan yeni formalar çıxarmaq səriştəsinə görə isə Nobel mükafatı qazanıb. Həyat gerçəkləri ilə bağlı da çox ciddi şeir və nəsr əsərləri yazıb. Orijinal bir yazardır, işıqlı bir xanımdır. İlin-günün bu vaxtı bütün dünyanın belə gözəl bir ədəbiyyat adamından danışması doğrudan da sevindiricidir..
Belə bir vaxtda adam həm də çevrilib öz ölkəsinə baxır. Təəssüf, Enn Karsının şeirləri ilə tanış olsaq da, irihəcmli nəsr əsərlərinin heç biri dilimizə tərcümə olunmayıb. İsveçin də bizim kimi on milyon əhalisi var. Lakin orada hələ Nobelə qədər onlarla ciddi ədəbiyyat mükafatlı təsis edilib. Ümid edək ki, bizdə də nə zamansa heç olmasa bir nüfuzlu və obyektiv mükafat yaranacaq.
Nurəddin Mehdixanlının 70 yaş müsahibəsi...
– Xalq artisti Nurəddin Mehdixanlının 70 yaşı tamam oldu. Ürəkdən təbrik edirəm. O, istedadlı və enerjili bir aktyorudr. Yubileyini qeyd edən qocaman sənətkar bu münasibətlə İctimai Televiziyanın səhər proqramına müsahibə verib və öz müəllimi, qocaman teatr və kino xadimi Adil İsgəndərovdan maraqlı bir sitat çəkib. Adil müəllim deyib ki, gənc aktyor sənəti öyrənmək üçün Cəfər Cabbarlının əsərlərində oyanamlıdır, lakin aktyor kimi püxtələşmək üçün mütləq Şekspirdən keçməlidir. Və Niurəddin müəllim bildirir ki, öz arzusu ilə bu yaxınlarda Kral Lir obrazını oynadıqdan sonra Şekspiri daha yaxından başa düşməyə başlayıb. Lakin mən Adil müəllimin fikrinə əlavə olaraq deyə bilərəm ki, bir azərbaycanlı aktyor heç vaxt Şekspir teatrından keçə bilməz. Çünki bu teatrın qayəsi azadlıqdır. Bizdə isə seovetdən üzübəri teatr həmişə dövlətin çətiri altında və onun ideyasının kölgəsində qalıb. O cümlədən də Azərbaycan Dövlət Milli Dram Teatrı...
Görün Şekspir üçün teatr nə deməkdir. Hamlet gecə yuxuda görür ki, anası əmisi ilə birləşib onun artasını öldürür və taxt-taca yiyələnir. Hamlet gördüyü yuxunun şeytan vəsvəsəsi, yoxsa həqiqət olduğunu anlaya bilmir. Ona görə küçə aktyorlarını saraya dəvət edib, öz yuxusunu səhnələşdirir və bu səhnə onu izləyən əmi ilə ananı ifşa edir... Şekspir üçün teatr bu səviyyədə müqəddəs bir anlayışdır. Bəs ölkəmizdəki teatrlar həqiqətin bu məqamına çata bilirmi? Məncə, yox.
Nurəddin Mehdixanlıda məni heyrətləndirən xüsusiyyət onun kükrəyən enerjisini və pafosunu bütün dövrlərin konyunturasına uyğun idarə edə bilməsidir. Yəni azadlığı yaşaması yox, onu imitasiya etməsidir. Azadlığın imitasiyasını isə Şekspir teatrı qəbul etməz, çünki azadlıq onun mahiyyətindədir.
Pünhan Piriyev 15 min qalmaqalı...
– Alim Qasımov yenə gündəmdədir. Bu dəfə müğənni Pünhan Piriyevlə... Məşhur 15 min söhbətindən çox da danışmaq istəmirəm. Çünki çox “manısvari” söhbətdir. Sadəcə təəssüf eləyirəm ki, Alim kimi sənətkarın adı belə söhbətlərdə hallanır. Qəribədir, Pünhandan bu şəxsi məsləni ictimailəşdirməsinin səbəbini soruşublar, deyib, Alim Üzeyirlə duet oxuyandan sonra gəlib mənim toyumda da oxuya bilər deyə düşündüm. Əslində adam xeyli haqlıdır.
Mən bu vəsilə ilə Pünhan Piriyevi tanımaq istədim. Musiqilərinə qulaq asa bilmədim. Danışığı isə məni şoka saldı. Söhbət insanların bir saatına aşağı-yuxarı on min manat ödəyib toyuna çağırdığı bir adamdan gedir. Halbuki ölkədə ciddi yaradıcı insnaların və elm adamlarının hamısı birlikdə bir saata bu qədər pul qzana bilmirlər. Adamın adi danışıq qabiliyyəti yoxdur. “Səəə...”, “Məəə...”, “Çalışağun...” Azərbaycanın heç bir bölgəsinin ləhvcəsinə qarşı deyiləm. Əksinə, sadə insanların danışığında hamısını çox sevirəm. Amma bu ləhcə səhnəyə gələndə, efirə çıxanda çox itələyici və vurucu görünür. Həm də məsuliyyətsizcə danışır: “Heç kimin başı üçün deyil mənim söhbətlərimi müzkirə eləsin...” Dəhşətə gəlirsən ki, ilahi, xalqımızın seçdiyi budur? Yəqin Çörçill belə məqamlarda demokratiya barədə sərt tənqidi fikirlər söyləyirdi.
Adam istəyir desin ki, Pünhan bəy insanların ağlı çaşıb, sənin saatına on min manat verir, heç olmasa sən də o puldan beş-on qəpik ver, bir hekayə kitabı al, oxu, beş-altı söz öyrən, efirdə adam kimi danış. Ancaq Pünhan cavab versə ki, o kitabları oxuyub adam kimi danışsam, heç kim mənə o pulu verməyəcək... mən pəs!