Qardaşını qətlə yetirməkdə təqsirləndirilən Xasay Quliyevin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
"Bakupost"un “Unikal”a istinadla məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunaraq Xasay Quliyev 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror ötən iclasda dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilənin 19 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.
Qeyd edək ki, hadisə 2025-ci il avqustun 12-də Laçın rayonu ərazisində baş verib. Səfər Quliyev ov tüfəngi ilə qətlə yetirilib.Polis cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyevi saxlayaraq, istintaqa təhvil verib. Faktla bağlı cinayət işi başlanılıb, X. Quliyev Cinayət Məcəlləsinin 120.2.4 (Qəsdən adam öldürmə – xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. İstintaq materiallarından və təqsirləndirilənin məhkəmədəki ifadəsindən məlum olub ki,təqsirləndirilən qardasını həyat yoldaşına qısqandığı üçün onu qətlə yetirsə də onun bu ehtimalları məhkəmə istintaqı zamanı subuta yetirilməyib.
Onu da qeyd edək ki, bölgədə müğənni kimi tanınan Səfər Quliyev Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Laçın Rayon Komitəsinin sədri vəzifəsində çalışırmış.