Ru
23:23 / 26 Sentyabr 2026

Müharibə cinayətkarları BMT kürsüsündə deyil, məhkəmə zallarında olmalıdırlar - Ərdoğan

Müharibə cinayətkarları BMT kürsüsündə deyil, məhkəmə zallarında olmalıdırlar - Ərdoğan
Eye

"Müharibə cinayətkarları BMT kürsüsündə deyil, məhkəmə zallarında olmalıdırlar".


"Bakupost" xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən 29-cu Beynəlxalq Biznes Forumunun bağlanış mərasimində bildirib.

"Müharibə cinayətkarları BMT kürsüsündə olmamalıdırlar, onların yeri məhkəmə zallarındadır və orada tökdükləri qana görə cavab verəcəklər", -deyə o qeyd edib.

Türkiyə prezidentinin sözlərinə görə, soyqırımı törədənlər ədalət və tarix qarşısında məsuliyyət daşımasalar, bu cür cinayətlər təkrarlana bilər.

Ərdoğan həmçinin bildirib ki, Fələstin xalqı tək deyil və dəstəksiz qalmayıb: "Qəzzadakı qardaş və bacılarımız ədalət uğrunda mübarizədə tək deyillər".

Onun sözlərinə görə, region böhranların tammiqyaslı fırtınasını yaşayır və Türkiyə baş verən hadisələrin mərkəzindədir.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar