Ru
23:48 / 01 Dekabr 2025

Müharibəni qazandıq, indi isə... - Hikmət Hacıyev

Müharibəni qazandıq, indi isə... - Hikmət Hacıyev
Eye

Azərbaycan Ermənistanla münaqişənin başa çatmasından sonra iqtisadiyyatın və infrastrukturun inkişafına xüsusi diqqət yönəldib.

Bakupost.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Brussels Signal" nəşrinə açıqlamasında bildirib.

H.Hacıyev vurğulayıb ki, keçmiş ərazi mübahisələri artıq tarixdə qalıb və gündəlikdə olan əsas prioritet genişmiqyaslı layihələrdir:

"Bu layihələr arasında Zəngəzur dəhlizi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanı, Ermənistanı, İranı və Türkiyəni birləşdirəcək yol-dəmir yolu xətti Avropa ilə Asiya arasında mühüm nəqliyyat qovşağına çevrilə bilər".

Onun sözlərinə görə, Bakı həmçinin Avropa ilə enerji əməkdaşlığının genişləndirilməsini təklif edir. Qaz tədarükü, həmçinin bərpaolunan enerji sahəsində birgə layihələr gündəmdədir. Bundan əlavə, qızıl və nadir torpaq elementləri üzrə geoloji kəşfiyyat imkanları da nəzərdən keçirilir.

“Biz müharibəni qazandıq, indi gəlin sülhü də qazanaq”, - Hacıyev vurğulayıb.

O qeyd edib ki, Azərbaycanın əsas məqsədi regionda sabitlik, geniş inkişaf və ümumi rifahın təmin olunmasıdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar