“Mənə dedilər ki, səni dilçilər, televiziya tənqidçiləri bəyənir. Ən yüksək səviyyədə bəyənilən aparıcısan. Diksiyana, danışıq tərzinə görə. Necə olur ki, Murad Dadaşov səni bəyənmir? Dedim ki, hamı-hamını bəyənmək zorunda deyil. Məni Murad Dadaşov bəyənməyəndə heç nə itirmirəm, amma Qulu Məhərrəmli, Etibar Babayev bəyənməyəndə, çox şey itirirəm”.
Bakupost.az xəbər verir ki, bu sözləri aparıcı Səidə Bəkirqızı aparıcısı olduğu “Bax Da” verilişində deyib.
Aparıcının bu çıxışını radio aparıcısı, bədii-qiraətçi Kəmalə Onur tənqid edib.
O, Səidə Bəkirqızının çıxışını sosial media hesabında paylaşaraq yazıb:
“Videonu Səidə xanıma bu sözləri deyənlər üçün paylaşıram. “Diksiyava” yox, “diksiyana”, “danışıq tərzivə” yox, “danışıq tərzinə”, “zorunda deyil” yox, “məcburiyyətində deyil” demək lazımdır. Bu hələ cəmi 16 saniyədə baş verənlərdir. Təşəkkür”.
Ağdam Şəhidinin məzarını beli bükülmüş qoca atası o gün kəndində axtarırdı,tapa bilmirdi,sənin kimi antiAzərbaycanlılar gəldi gözümün qarşısına,sənin kimilərin atası doğma yurdu Qərbi Azərbaycan üçün bir güllə atmadan oranı tərk edib gedib polis işləyib cibini doldurub,iraq yaxşı Qərbi Azərbaycanlılardan,sən də Milləti bölməklə məşğulsan,danışığın da 0,sən həbd edilməlisən,amma,nə isə...!(