Ru
23:25 / 18 Avqust 2026

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

Mustafa Abbasbəyli vəzifəsindən  azad olundu
Eye

Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsindən azad olunub.


“Bakupost” "Qafqazinfo"ya istinadla xəbər verir ki, Mustafa Abbasbəyli vəzifəsindən uzaqlaşdırılıb.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq.

Qurumdan bildirildi ki, Nazirliyin ümumi daxili strukturunun təkmilləşdirilməsi və kadr dəyişiklikləri ilə bağlı müvafiq proseslər həyata keçirilir. Proses yekunlaşdıqdan sonra məlumat təqdim olunacaq.

Qeyd edək ki, Mustafa Abbasbəyli 2024-cü ilin mayında Mədəniyyət Nazirliyinin Aparat rəhbəri təyin edilmişdi.

O, 2019- 2020-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, 2020-2024-cü illərdə Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

O həm də iqtisadiyyat nazirinin müşaviri Məmməd Abbasbəylinin qardaşıdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar