“Əvvəlki toylar, qazanc da yoxdur, artıq gənclər minimal, yığcam formada toy etmək istəyir”.
Bakupost.az pravda.az-a istinadla xəbər verir ki, bunu Nadir Qafarzadə toylardakı vəziyyətdən bəhs edərkən deyib.
Müğənni bildirib ki, Azərbaycanın müxtəlif toy adətləri var:
“Bir çox adətlərimiz kimi təəssüf ki, toy adətlərimiz də cılızlaşır, kiçilir. Bəlkə, oxucular fikirləşəcək ki, bu mənə sərf etmir deyə deyirəm. Şükür, acından ölmürük. Hamı necə, biz də elə, şikayətçi deyilik. Gənclər yenə məclisləri öz istədikləri kimi təşkil etsinlər. Əvvəlki toylar, əvvəlki pullar da yoxdur, heç olmayacaq da. Süfrədə çörəyin necə qırıntısı qalırsa, bu məsələ də elədir. Çörəyin özü qalmayıb”.