Ru
19:00 / 03 Dekabr 2019

"Nar" "Bakutel 2019"da - FOTOLAR

2143
Azərbaycanın ən gənc mobil rabitə operatoru “Nar” dekabrın 3-dən 6-dək Bakı Ekspo Mərkəzində keçiriləcək “Bakutel 2019” – Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisinin 25-ci yubiley sərgisində interaktiv stendi ilə iştirak edir.

“Nar”dan BakuPost-a verilən məlumata görə, mobil rabitə operatorun abunəçiləri hesabı daha asan idarə etməyə imkan verən “Nar+” tətbiqini yükləməklə müsabiqədə iştirak haqqı qazanırlar. Bütün sərgiboyu keçiriləcək müsabiqənin qalibləri hər günün sonunda elan ediləcək və müasir smartfonla təltif olunacaqlar.


Stendin diqqətçəkən xüsusiyyətlərindən biri də “Nar”ın yüksək keyfiyyətli şəbəkəsini özündə təcəssüm etdirən maraqlı aktivliklərin təqdim olunmasıdır. Belə ki, hər bir sərgi iştirakçısı xüsusi ayrılmış qapalı zonada virtual reallıq oyunlarını sınaqdan keçirmək şansına malikdir. Bundan başqa, ziyarətçilər həm də 4G şəbəkəsinin sürətini yerindəcə test edə bilərlər.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər