Ru
12:33 / 03 Avqust 2026

Nassim Taleb Azərbaycana gəlməkdən imtina etdi - SƏBƏB

Nassim Taleb Azərbaycana gəlməkdən imtina etdi  - SƏBƏB
Eye

Nyu-York Universitetinin professoru və “Qara qu” kitabının müəllifi Nassim Taleb Azərbaycanda mühazirə oxumaqdan imtina edib.

"Bakupost" Globalinfo.az-a istinadla xəbər verir ki, N.Taleb Azərbaycana gəlməməsini hərbi cinayətləri sübuta yetirilmiş erməni separatçı Ruben Vardanyanın həbsi ilə əlaqələndirib.

“Ruben Vardanyan orada həbsdə olduğu müddət Azərbaycana getməyəcəm”, – Taleb bildirib.

Qeyd edək ki, N.Talebin Ruben Vardanyanla əlaqələri olduğu bildirilir. Onun “Qara qu” kitabı Azərbaycanda da nəşr edilib.

Detalları bir qədər sonra təqdim edəcəyik.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar