Ru
19:09 / 07 İyul 2026

NATO PUA-larla mübarizəyə 40 milyard dollar ayırır

NATO PUA-larla mübarizəyə 40 milyard dollar ayırır
Eye

Şimali Atlantika Alyansı (NATO) dronlara qarşı mübarizə məqsədilə yeni proqrama start verir və bu istiqamətə 40 milyard dollar sərmayə yatırılacaq.

"Bakupost" xəbər verir ki, bu barədə alyansın baş katibi Mark Rütte NATO sammiti çərçivəsində keçirilən Müdafiə Sənayesi Forumunda bildirib.

"Bu gün biz "NATO Drone Edge" layihəsinin icrasına başlayırıq. Sözügedən təşəbbüs əsasında müttəfiq ölkələr gələcək beş il müddətində PUA-lara qarşı mübarizə sistemlərinə 40 milyard dollardan artıq maliyyə yatıracaqlar. Bu yeni imkanlar onların idarə olunması üçün müvafiq kadr potensialı tələb etdiyindən, müttəfiqlər həmçinin 2027-ci ilin sonuna qədər öz silahlı qüvvələrində pilotsuz uçuş aparatı operatorlarının sayını beş dəfə artırmağı da öhdəlik kimi qəbul edirlər", - deyə Rütte qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar