Böyük Britaniya ordusuna məxsus Challenger 2 əsas döyüş tankları NATO-nun “Bahar Fırtınası – 2026” təlimləri çərçivəsində Rusiya ilə sərhəddə yerləşən Estoniyanın Vorumaa bölgəsinə yerləşdirilib.
Bakupost.az xəbər verir ki, ABŞ-nin Military Watch Magazine (MWM) hərbi nəşri yazır ki, Böyük Britaniyanın Kral Şotlandiya Alayının inventarında olan bu tanklar təlimlərdə mərkəzi rol oynayır.
Nəşrin məlumatına görə, sözügedən yerləşdirmə NATO-nun Rusiya sərhədinə yaxın ərazilərdə həyata keçirdiyi genişmiqyaslı quru qoşunları cəmləşdirməsinin bir hissəsidir.
MWM qeyd edir ki, Böyük Britaniya Silahlı Qüvvələrinin mövcud imkanları nəzərə alındıqda, bu addımın hərbi təsirdən daha çox simvolik xarakter daşıdığı bildirilir. ABŞ-nin hərbi analitik nəşri sevkiyyatın daha çox siyasi və simvolik mesaj xarakteri daşıdığını vurğulayır.