Qadağan olunmuş maddələrlə saxlanılan azərbaycanəsilli rusiyalı repçi Navai (Nəvai Bəkirov) Qazaxıstandan deportasiya olunub.
“Bakupost” xəbər verir ki, bu barədə Jambıl region Polis Departamenti məlumat yayıb.
Bildirilib ki, hüquq pozuntusunun ilk dəfə törədilməsi və Navainin əməlindən səmimi peşman olması nəzərə alınaraq işə bəraətverici olmayan əsaslarla xitam verilib. Qərar nəzarət orqanı tərəfindən təsdiqlənib.
Navai Bəkirovun Qazaxıstana girişinə beş il müddətinə qadağa qoyulub. O, qərardan məhkəməyə şikayət edə bilər.
Xatırladaq ki, oktyabrın 14-də Nəvai Qazaxıstana giriş zamanı saxlanılıb. Məlumata görə, onun avtomobilində narkotik vasitələr aşkarlanıb. Reper iki aylıq həbs edilib. O, dindirmə zamanı narkotik vasitələri Bişkekdə aldığını etiraf edib. Bildirilib ki, sənətçi narkotik təsiri altında avtomobil idarə etməkdə də şübhəli bilinir. Lakin reper ittihamı qəbul etmir.
Lalə, BakuPost